PARADOKS

AKTUAL

“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, tibb işçiləri və pasiyentlər üçün pulsuz rabitə

25-03-2020, 01:06
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 28

 “Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN  ianə, tibb işçiləri və pasiyentlər üçün pulsuz rabitə

“Nar” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq
Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat vəsait ianə edib. Fondun
məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması,
ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-
texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.
Qlobal pandemiya ilə mübarizəyə qoşulan “Nar”, Azərbaycanda koronavirusun yayılmasının
qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda
nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. TƏBİB ilə bərabər “Nar” ölkə
ərazisində epidemiya ilə mübarizə aparan karantin xəstəxanalarına və tibb mərkəzlərinə
50 AZN dəyərində “Nar” ödəmə kartlarının paylanmasını təşkil edib.
Bundan əlavə, “Nar” ölkədə koronavirus əleyhinə aparılan fəaliyyətə dəstək olmaq üçün
TƏBİB-in 1542 qaynar xətt nömrəsinə zəngləri tamamilə ödənişsiz edib. Eyni zamanda, Nar
abunəçiləri bütün sorğularla bağlı evdən çıxmadan “Nar+” mobil tətbiqetməsindən və mobil
operatorun rəsmi sosial media səhifələrindən dəstək ala, həmçinin gücləndirilmiş rejimdə
fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.
“Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və
çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə
çağırır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və ən geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyon
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI