PARADOKS

AKTUAL

“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!

25-02-2020, 23:31
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 190



“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!

Müştərilərinə hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən “Nar”ın, 4/4.5G
şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb. Son bir
ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza
stansiyaları sayəsində “Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb.
Mobil operator paytaxtla yanaşı, regionlarda da şəbəkəsinin gücləndirilməsinə hər zaman
xüsusi önəm verib. Belə ki, təkmilləşmə işləri nəticəsində, ötən illə müqayisədə müxtəlif
bölgələr üzrə 4G istifadəçilərinin sayında 101% artım qeydə alınıb. 4G şəbəkəsinə qoşulan 1
milyonuncu istifadəçi də məhz region sakini - Oğuz rayonundan Müşviq Babayev olub. “Nar”ın
Baş İcraçı direktoru Qunnar Panke tərəfindən “Nar”ın baş ofisində qarşılanan 1 milyonuncu 4G
istifadəçisinə ən son model dəyərli smartfon hədiyyə edilib.
“Keyfiyyətli və yüksəksürətli LTE/LTE-A şəbəkəsinin daha da genişləndirilməsi
müştəriyönümlü biznes yanaşmamızın əsas istiqamətlərindəndir. Ən gənc mobil operator
olaraq, mühüm bir nailiyyətimizi qeyd edirik. Belə ki, 4G şəbəkəmizdən yararlanan
abunəçilərimizin sayı artıq 1 milyonu ötüb. Bu isə hər iki “Nar” abunəçisindən birinin aktiv 4G
istifadəçisi olması deməkdir. “Nar”ın müştərilər tərəfindən yalnız rahat və sərfəli məhsullar
üçün deyil, həm də keyfiyyətli şəbəkəsinə görə seçilməsi bizi sevindirir”, - deyə Qunnar Panke
bildirib.
“Nar”ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının
quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon
penetrasiyasının artımı təsir edib. “Nar” artıq 54 bölgə mərkəzini 4G şəbəkəsi ilə təmin edib
ki, bu da coğrafi ərazi əhatəsini 76%-ə qaldırıb. Hazırda “Nar”ın 4G şəbəksi ölkə əhalisinin
93,2%-ni əhatə edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9%-ni əhatə edir və 8700-dən artıq
baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI