PARADOKS

AKTUAL

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı

25-02-2020, 23:22
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 64


İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı

Gənclərin maariflənməsi məqsədilə müxtəlif bilik yarışlarına hər zaman dəstək olan “Nar”, bu il də
“Breyn Rinq” intellektual oyununa baş sponsorluq edəcək. Artıq 8 ildir ki, mobil operatorun baş
sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı intellektual yarışının 15-ci mövsümü start götürüb.
“Breyn Rinq” bilik yarışının builki mövsümündə respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil
edən 36 komanda mübarizə aparacaq. Yeni mövsümdə yarışda bəzi dəyişikliklər edilib. Belə ki,
komandalar 3 divizina bölünüb: region, universitet, Bakı və sponsor komandaları. Hər divizion üzrə
qalib gəlmiş komandalar finalda “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə
aparacaq.
Qeyd edək ki, yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır.
Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il
də xüsusi müsabiqə keçiriləcək. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Facebook” səhifəsində
qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanacaqlar. “Breyn Rinq”
həvəskarları intellektual oyunu izləməklə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı
əldə edirlər.
Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları
dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy
göstərir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI