PARADOKS

AKTUAL

“Nar”dan abunəçiləri üçün xüsusi müsabiqə!

12-02-2020, 18:47
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 223

    “Nar”dan abunəçiləri üçün xüsusi müsabiqə!

Hər zaman abunəçilərini düşünərək maraqlı kampaniyalar keçirən “Nar”, 14 fevral –Sevgililər Günü
münasibətilə növbəti müsabiqəsinə start verib. Mobil operator “Facebook” və “Instagram”
hesablarında sosial şəbəkə iştifadəçilərinə sevgisini özünəməxsus şəkildə ifadə etməyə şərait
yaradır. Belə ki, “Nar” istifadəçilərinə “Sevgi daim öz istifadəçilərini sevindirməkdir” postunun şərh
bölməsində sevgini mətn, şəkil və ya video formatında kreativ ifadə etmə imkanı verilir. Seçilmiş ən
kreativ 2 nəfər 14 fevral tarixində sevdiyi şəxslə birlikdə şəhər restoranlarından birində şam
yeməyindən zövq ala biləcəklər.
Qeyd edək ki, müsabiqə 13 fevral, saat 12:00-dək davam edəcək və iştirakçılar arasında ən maraqlı
şərhlər “Nar” əməkdaşları tərəfindən seçiləcək. Qaliblər, seçilmiş istifadəçilər arasından təsadüfi
seçim üsulu ilə müəyyən ediləcək.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI