PARADOKS

AKTUAL

“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi

7-02-2020, 18:11
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 55

“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi
“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi
“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi

Hər zaman gənclərə dəstək olan, onların peşəkar karyera qurmalarına, maariflənməsinə və asudə
vaxtının səmərəli keçirilməsinə çalışan “Nar”, 2 fevral – Gənclər Günü münasibətilə istedadlı və
yaradıcı gənclərə öz dəstəyini göstərib. Belə ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə
keçirilmiş mükafatlandırma mərasimində mobil operator uğurlu fəaliyyəti ilə seçilmiş tələbə
gənclər təşkilatlarını təbrik edib.
Gənclər Gününə həsr olunmuş tədbirdə 2019-cu ildə müxtəlif sahələrdə nailiyyətlər qazanmış,
respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş gənclər, eləcə də ictimai fəallığı ilə
seçilmiş gənclər təşkilatları mükafatlandırılıb. Məqsəd yüksək nailiyyət əldə etmiş gənclərin
əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün
əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul verməkdir.
Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin cəmiyyət üçün
əhəmiyyətini anlayaraq, onların maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf
etdirən layihələrə dəstək verib. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az
səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI