PARADOKS

AKTUAL

“Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb

29-01-2020, 23:41
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 102

         “Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb
Təqdim etdiyi telekommunikasiya xidmətlərini hər zaman müştərilərin ehtiyaclarını nəzərə
alaraq formalaşdıran “Nar”, artıq 5 aydır ki, “Nar+” tətbiqini abunəçilərinin istifadəsinə verib.
Hesaba rəqəmsal nəzarət imkanı verən bu tətbiq artıq “Nar” abunəçilərinin şəffaf müştəri
təcrübəsinin ayrılmaz bir hissəsinə çevrilib. Belə ki, bu qısa müddət ərzində tətbiqdən
qeydiyyatdan keçənlərin sayı 100.000-i ötüb.
Abunəçilər “Nar+” vasitəsilə bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud
tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Tətbiqlə
sərfiyyat haqqında izahlı qaiməni də şəffaf şəkildə əldə etmək mümkündür. Tətbiqin daha bir
unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmə imkanı
verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə istifadə edirsinizsə və ya yaxınlarınızın
hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə
keçid edə bilərsiniz.
Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında
daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla)
əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI