PARADOKS

AKTUAL

“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

20-01-2020, 01:39
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 91


  “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, 2019-cu ildə
şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb. Belə
ki, mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb.
Bununla da “Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a
çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və
hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.
“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə
əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli
şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza
stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə
abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G
istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli
testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək
nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI