PARADOKS

AKTUAL

“2019-cu ilin gimnastı "mükafatı 10 yaşlı Mina Abbasovaya təqdim olundu

13-01-2020, 21:27
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 63

 “2019-cu ilin gimnastı "mükafatı 10 yaşlı Mina Abbasovaya təqdim olundu
 “2019-cu ilin gimnastı "mükafatı 10 yaşlı Mina Abbasovaya təqdim olundu

Saysız beynəlxalq turnirlərdə Azərbaycan bayrağı ilə çıxış edərək sürəkli
qələbələr qazanan 10 yaşlı Mina Abbasovaya Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan–Ukrayna” Beynəlxalq
Alyansının təsis etdiyi "2019-cu ilin gimnastı" nominasıyası üzrə mükafatı təqdim
olunub.
Bu münasibətlə keçirilən görüşdə komitənin sədri Fuad Muradov balaca
gimnastın təhsil və idman uğurları ilə maraqlanıb.
İndiyə qədər iştirak etdiyi Avropanın müxtəlif arenalarında – Macarıstan,
İtaliya, İspaniya, Almaniya, Rumıniya, Polşa, Sloveniya, Xorvatiya, Çexiya,
Lüksenburq və başqa ölkələrdə, eyni zamanda Azərbaycandakı yarışlarda 39
medala sahib olan balaca Mina görüşdə Macarıstanın paytaxtı Budapeştdə təhsil
aldığı məktəbdəki uğurlarından, müəllimlərindən, idman karyerasından həvəslə
danışıb. O, qış tətilində Bakıya gəldiyi üçün çox xoşbəxt olduğundan, burada
doğmaları, dostları ilə gözəl vaxt keçirdiyindən, paytaxtımızı dünyanın ən gözəl
şəhəri kimi ürəkdən sevdiyindən söhbət açıb, özü haqqında çəkilən "Balaca
gimnast" sənədli filmindən bir nüsxəni diaspora sədrinə hədiyyə edib.
Fuad Muradov görüşdə iştirak edən və balaca Minanı ilin uğurlarına görə
"2019-cu ilin gimnastı" nominasıyasına layiq görən "Azərbaycan-Ukrayna"
Beynəlxalq Alyansının sədri Elmar Məmmədovla birlikdə bu xüsusi mükafatı
balaca çempiona təqdim edib.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib, balaca gimnasta qiymətli
hədiyyələr verilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI