PARADOKS

AKTUAL

“Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu

9-01-2020, 21:13
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 182


“Nar” komandası “Breyn Rinq” üzrə Azərbaycan çempionu oldu
“Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı və baxımlı intellektual yarışı “Breyn
Rinq”in 14-cü mövsümü yekunlaşıb. Mobil operatorun dəstək olduğu “Nar” komandası ilin qalibi olub.
Belə ki, ölkə intellektuallarının mübarizə apardığı yarışda “Nar”, bütün rəqiblərini geridə qoyaraq
“Breyn Rinq” üzrə 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Finalda “Nar” komandası
“Bilik” kubokunun sahibi “İçəri şəhər” komandası ilə qarşılaşıb və mübarizədə qalib gəlib. Qeyd edək
ki, ötən mövsümkü yarışda “Nar” komandası mobil operator tərəfindən təsis edilmiş “Nar”
kubokunun sahibi idi. Qaydalara görə isə mövsümün sonunda “Bilik” kuboku və “Nar” kubokunun
qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışır.
Bu mövsüm yarışda 11 universitet və 15 region komandası da daxil olmaqla, 34 komanda mübarizə
aparıb. İctimai Televiziyada yayımlanan “Breyn Rinq”ın 14-cü mövsümü sentyabr ayında başlamışdı.
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət
üçün əhəmiyyətini anlayaraq, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində
müxtəlif layihələrə dəstək verir. “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir. Ətraflı
məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI