PARADOKS

AKTUAL

“Nar”ın dəstəyilə keçirilən intellektual yarışda “Bilik” kuboku uğrunda mübarizə davam edir

19-12-2019, 19:37
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 138

 “Nar”ın dəstəyilə keçirilən intellektual yarışda “Bilik” kuboku  uğrunda mübarizə davam edir
 “Nar”ın dəstəyilə keçirilən intellektual yarışda “Bilik” kuboku  uğrunda mübarizə davam edir

Ölkənin ən gənc mobil operatoru “Nar”ın dəstəyilə keçirilən “Breyn Rinq” intellektual
yarışlarında “Bilik” kuboku uğrunda mübarizə davam edir. Yarışlarda respublikanın 15
bölgəsini və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Xatırladaq ki,
birinci yarımilin və ilk kubokun sahibi “Nar” komandası olub. Dekabrın 29-u İctimai
Televiziyanın efirində yayımlanacaq “Breyn Rinq” yarışında “Bilik” kubokunun qalibi
müəyyənləşəcək. Bundan sonra komandalar son oyunda Azərbaycan Çempionu adı
uğrunda yarışacaqlar.
“Nar” ənənəvi olaraq “Breyn Rinq” intellektual yarışlarının yayımı zamanı televiziya
tamaşaçıları üçün də xüsusi müsabiqə keçirir. Mobil operatorun rəsmi “Facebook”
səhifəsində keçirilən müsabiqədə son ayın qalibləri Abdulmahmud Bəkirzadə, Könül
Mikayılova və Emin Əbdürəhmanov olub.
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının
cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət
strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk
müsabiqəsi də bunlardan biridir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla)
əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyona yaxın abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI