PARADOKS

AKTUAL

“Nar” abunəçilərinin nəzərinə!

14-12-2019, 14:59
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 253



 “Nar” abunəçilərinin nəzərinə!

Hörmətli abunəçilər, diqqətinizə çatdırmaq istəyirik ki, “Nar” adından istifadə edib bank
kartlarından pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb. İstifadəçilər müxtəlif vebsaytlardan
oyun səhifəsinə yönləndilir və onlara smartfon uduşu vəd olunur. Bildiririk ki, “Nar” mobil
operatorunun 3-cü tərəflərin yaratdığı bu fırıldaqçı saytla heç bir əlaqəsi yoxdur.
Mobil operator şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini hər zaman spam
xarakterli qoşulmalardan qoruyur. Arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik
qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə
biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün “Nar”, bu cür xidmətlər göstərən
məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir.
Abunəçiləri diqqətli olub şəxsi və kart məlumatlarını paylaşmamağa və yalnız Nar-ın rəsmi
veb-saytında – https://www.nar.az/və sosial şəbəkə profillərində keçirilən müsabiqələrə
qatılmağa çağırırıq.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə
2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI