PARADOKS

AKTUAL

“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!

4-12-2019, 15:32
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 348

“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
Ölkənin ən gənc mobil operatoru “Nar”, “BakuTel-2019” - 25-ci Beynəlxalq Telekommunikasiya və
İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman müştəriyönümlü addımları və
yenilikləri ilə seçilən “Nar” yubiley sərgisində interaktiv stendi ilə ziyarətçiləri qarşılayır.
“Nar” abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə
müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün
sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar. Stendin diqqətçəkən
xüsusiyyətlərindən biri də “Nar”ın yüksəkkeyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı
aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual
reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G
şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.
Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci “BakuTel-
2019” sərgisindəki “Nar” stendinə dəvət edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər
istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI