PARADOKS

AKTUAL

“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu

18-11-2019, 21:56
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 141

Həyata keçirdiyi sosial əhəmiyyətli layihələri ilə seçilən “Nar”, böyük uğura imza ataraq
Azərbaycanı təmsil edən ilk şirkət kimi beynəlxalq səviyyəli müsabiqədə mükafata layiq
görülüb. Belə ki, noyabrın 12-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Eventiada IPRA
Golden World Awards 2019 müsabiqəsinin mükafatlandırma mərasimində “Nar”ın “Təlim
Məktəbi” layihəsi “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. Qeyd edək ki, bu
nominasiya uğrunda mübarizədə mobil operator “Nestle” və “Volkswagen” kimi nüfuzlu
şirkətlərin layihələrini geridə qoyaraq birincilik əldə edib.
“Müştəriyönümlu mobil operator olaraq KSM strategiyamızın təməlində cəmiyyət üçün
dəyər yaratmaq və sözün həqiqi mənasında faydalı olmaqla insanların həyatında müsbət
dəyişikliklərə səbəb olmaq dayanır. “Təlim Məktəbi” layihəsi ilə biz fiziki
məhdudiyyətli insanların peşəyə yiyələnməsinə və cəmiyyətə inteqrasiyasına öz
töhfəmizi veririk. Şadam ki, bu layihə öz missiyasını uğurla yerinə yetirdi və ilk dəfə
olaraq Azərbaycanı təmsil edən bir şirkət bu nüfuzlu platformada yüksək
qiymətləndirildi”, - deyə mükafatlandırma mərasimində çıxış edən “Nar”-ın İctimaiyyətlə
Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu

Müsabiqə yüksək standartlara, innovativ yanaşmaya, planlaşdırma və həyata keçirilmə
keyfiyyətinə görə ən yaxşı kommunikasiya layihələrini dəyərləndirir. Bu il Rusiya, MDB,
Şərqi Avropa və Mərkəzi Asiyadan 13 ölkəni təmsil edən dövlət və ictimai təşkilatlar,
eləcə də özəl şirkətlərin ictimaiyyyətlə əlaqələr sahəsində layihələri yarışıb. Qeyd edək
ki, bütün layihələr müsabiqənin Ekspertlər Şurası tərəfindən qiymətləndirilir. Burada iri
beynəlxalq şirkətlərdən, nüfuzlu universitetlərdən və dövlət qurumlarının PR
şöbələrindən peşəkar mütəxəssislər təmsil olunur.
Bildirək ki, bu, “Nar”ın davamlı olaraq inkişaf etdirdiyi KSM strategiyasının ilk uğuru deyil.
Belə ki, 2014-cü ildə Fransada keçirilmiş ənənəvi “Cannes Lions” festivalında “Nar Donor”
layihəsi “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görülmüşdü.  Mobil operatorun həyata
keçirdiyi digər sosial layihələr haqda daha ətraflı nar.az səhifəsindən, “Eventiada IPRA
Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya
Mükafatı) müsabiqəsi haqqında məlumatı isə buradan əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda

ölkə əhalisinin 97,6 %-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI