PARADOKS

AKTUAL

4G “Nar” şəbəkəsi artıq Zərdabda!

9-11-2019, 14:37
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 21

4G “Nar” şəbəkəsi artıq Zərdabda!

Abunəçilərini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar” bütün ölkə ərazisində əhatə
dairəsini genişləndirməyə davam edir. Mobil operator daha bir rayonda –Zərdabda ilk dördüncü nəsil
LTE texnologiyasına əsaslanan baza stansiyasını quraşdırıb. Bununla da, “Nar” 4G texnologiyalı baza
stansiyalarını Azərbaycanın 54 regionunda quraşdırmağa nail olub. Hazırda mobil operatorun
regionlarda quraşdırdığı 4G baza stansiyalarınını sayı 1400-dən çoxdur.
Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, bölgələrdə yaşayan abunəçilərinə də
xüsusi diqqəti ilə seçilir və regionlarda da 4G baza stansiyalarının sayını sürətlə artırır. Hazırda ölkə
əhalisinin 92%, ölkə ərazisinin isə 74,3%-i (işğal olunmuş ərazilər istisna olmaqla) “Nar”ın
yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlanır.
Eyni zamanda, “Nar” Azərbaycanın ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Mobil
operatorun 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür. Hazırda “Nar”
8600-dən çox baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi
strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz
ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI