PARADOKS

AKTUAL

“Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı

6-11-2019, 20:32
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 125

 “Nar” gənclərə uğurlu karyera qurmaları üçün  fürsət yaratdı

Ölkənin ən gənc mobil operatoru “Nar”, Bakı Şəhər Halqası Əməliyyat Komitəsi (BŞH) və
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera
sərgisində iştirak edib. Artıq ikinci ildir ki, "Geniş imkanlara kiçik addımlarla” devizi
altında keçirilən sərgidə mobil operator hazırda mövcud olan vakansiyalarını təqdim
edib. 30-a yaxın şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub.
Gənclərin daha çox diqqətini çəkən isə müxtəlif departamentlərdə özünü sınamağa
imkan verən yay təcrübə proqramları olub.
Karyera yarmarkasının keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına və onların
uğurlu karyera qurmasına töhfə verməkdir. Eyni zamanda, ölkənin aparıcı şirkətlərində
çalışan İnsan Resursları mütəxəssisləri ilə ünsiyyət gənclərə düzgün karyera istiqaməti
seçməkdə kömək edir.
Qeyd edək ki, oktyabrın 30-da keçirilmiş sərgini 1000-dən çox gənc ziyarət edib.
Mobil operatorun həyata keçirdiyi digər layihələr haqqında daha ətraflı məlumatı
nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza
stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI