PARADOKS

AKTUAL

“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb

29-10-2019, 17:02
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 45

 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb

Sosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək
göstərən “Nar”, "Radio Antenn" 101 FM-lə birgə “Canlı kitab” layihəsinə start verib. Layihə
çərçivəsində dünya və Azərbaycan ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar,
qiraət ustaları tərəfindən səsləndirilib xüsusi elektron daşıyıcılara yazılacaq. Eyni
zamanda, bu əsərlər “Radio Antenn” 101 FM-in canlı efirində səsləndirilir. Layihənin əsas
məqsədi Azərbaycan və dünya ədəbiyyatının ən məşhur simalarının həyatı, əsərləri
haqqında maraqlı məlumatlar, həmçinin əsərlərindən seçmələr verməklə bədii
ədəbiyyatı hər kəs üçün əlçatan etməkdir.
Bu layihənin dəstəklənməsinin əsas səbəblərindən biri də görmə məhdudiyyətli
insanların mütaliəsi üçün Azərbaycan dilində audio kontentin məhdud olmasıdır. Layihə
başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar vasitəsilə kitab oxumaqda çətinlik
çəkən şəxslərə paylanması nəzərdə tutulur. Bununla da, görmə məhdudiyyətli insanlar
üçün audio kitabxananın əsası qoyulmuş olacaq.
Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək "Radio Antenn" 101 FM-
in yayımında dinləyə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq
qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin
aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni
əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi
üzrə ölkədə ən yüksək nəticəyə nail olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI