PARADOKS

AKTUAL

“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu

17-10-2019, 00:06
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 50

 “Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu
 “Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu
Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı
kadrların yetişdirilməsinə önəm verən “Nar”, “ADA” Universiteti ilə əməkdaşlığını davam
etdirir. Bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə
təqaüdlər verib. Oktyabrın 10-da “ADA”-da keçirilən “Akademik Mükəmməllik Günü”ndə
Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün
nəzərdə tutulan “Lütfi Zadə” adına təqaüdü qazananların adları açıqlanıb. Qeyd edək ki,
tələbələr növbəti semestrin təhsil haqqına 100% güzəşt əldə edirlər.
“Nar” və “ADA” Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə
tutulmuş layihələr arasında “ADA” Universiteti Fondu ilə əməkdaşlıq, Universitetin tələbə və
məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, ADA ixtisasartırma
proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi də mövcuddur.
Ölkənin ən gənc mobil operatoru “Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri
haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir
və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli
xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə
əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək
nəticəyə nail olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI