PARADOKS

AKTUAL

“Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et!

9-10-2019, 16:18
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 74

Məhsul və xidmətlərini hər zaman müştərilərinin tələblərinə uyğun şəkildə formalaşdıran
“Nar”, abunəçilərinə ən sərfəli təkliflərdən olan “Full” paketini təqdim etməkdədir. “Full”
paketlərini seçən “Nar” abunəçiləri internet və dəqiqə bonuslarını sərfəli qiymətə əldə
etməklə yanaşı, ay ərzində istifadə etmədikləri bonusları növbəti aya keçirə bilirlər.
Azərbaycan mobil rabitə bazarında yalnız “Nar” abunəçilərinin yararlana bildiyi “Çevir”
xidməti isə “Full” istifadəçilərinə ehtiyaclarına uyğun şəkildə dəqiqələri meqabaytlara və
ya əksinə, meqabaytları dəqiqələrə dəyişmək imkanı verir.
Özündə bol danışıq, meqabayt və digər bonusları birləşdirən 6 müxtəlif “Full” paketi
abunəçilərin də marağına səbəb olub. Belə ki, tarifə qoşulanların sayı son bir ildə iki dəfə
artıb.
Sərfəli imkanlar təqdim edən “Full” paketlərinə qoşulmaq və daha ətraflı məlumat əldə
etmək üçün http://www.nar.az/full səhifəsinə daxil ola bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda
ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə
şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin
göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
“Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə  et!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI