PARADOKS

AKTUAL

“Şərikli Biznes” mövzusunda treyninq keçirilmişdir.

8-10-2019, 02:34
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 77

3 Oktaybr 2019 –cu ildə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi çərçivəsində “Şərikli Biznes” mövzusunda treyninq keçirilmişdir.

Tədbirə KOBİA-nın tədris və konsaltinq şöbəsinin müdiri Elməddin Hacıyevin çıxışı ilə başlanıldı. Elməddin Hacıyev treyninq iştirakçılarını salamladıqdan sonra KOBİA-nın ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəklənməsindən, fəaliyyətlərini tənzimləməsindən, eləcə də, maraqlarının qorunmasından və problemlərinin həllində iştirak edərək, xüsusən də gənclər arasında sahibkarlıq fəaliyyətini və qadın sahibkarlığının inkişafını təşviq etməsi istiqamətində gördüyü işlərdən eləcə də, agentliyin qarşısında duran məsələlərdən danışdı.
Sonra isə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyev “Şərikli Biznes” təliminə başladı. Treyninq zamanı “Şəxsi biznesin qurulmasına maraq”, “Uğurlu ortaqlığın təminatı, ortaqlar arasında anlaşma sənədinin hazırlanması”, “Birgə biznesin formaları, bacarığa görə ortaqlıq modelləri”, “ Biznesdə birgə fəaliyyət və onu uğursuzluğa aparan səbəblər” və digər mövzularda iştirakçılara geniş məlumat verildi.
Tədbirdə 10-a yaxın sahibkarlıq sferasını tənzimləyən dövlət qurumlarının ekspertləri, şərikli biznesdə maraqlı olan təşəbbüskarlar, sahibkarlar və QHT nümayəndələri olmaqla ümumilikdə 30-a yaxın şəxs iştirak etmişdir.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilərək onlarla xatirə şəkli çəkildi.
“Şərikli Biznes” mövzusunda treyninq keçirilmişdir.
“Şərikli Biznes” mövzusunda treyninq keçirilmişdir.
“Şərikli Biznes” mövzusunda treyninq keçirilmişdir.“Şərikli Biznes” mövzusunda treyninq keçirilmişdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI