PARADOKS

AKTUAL

4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!

1-10-2019, 23:15
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 186



Abunəçilərinə hər zaman yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən “Nar”, sürətli 4G
şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Aparılan təkmilləşmə işləri
nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni əhatə edir. Mobil operator LTE texnologiyalı
baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Hazırda “Nar”-ın hər üç
abunəçisindən biri aktiv 4G istifadəçisidir. Ümumilikdə isə 4G istifadəçilərinin sayı 850 mini ötüb.
“Nar” 2019-cu ildə şəbəkədə quraşdırılmış 1018 ədəd LTE-A texnologiyalı baza stansiyaları da daxil
olmaqla, 2740-dan çox 4G texnologiyalı baza stansiyası və 2722 ədəd 3G baza stansiyası ilə
abunəçilərini yüksək sürətli şəbəkə ilə təmin edir. Mobil operator hazırda 8500-dən artıq baza
stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Sərfəli qiymətlərə təklif olunan internet paketlərindən və yüksəksürətli mobil şəbəkədən
yararlanmaq üçün siz də “Nar”-a qoşula bilərsiniz. Daha ətraflı məlumatı nar.az nar.az səhifəsindən
əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə
şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi
üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI