PARADOKS

AKTUAL

“Nar”ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

28-09-2019, 02:23
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 81



23-29 sentyabr BMT-nin qərarı ilə Beynəlxalq Eşitmə Məhdudiyyətli İnsanlar Həftəsində “Nar”
eşitmə və nitq məhdudiyyətli insanlar üçün keçirdiyi “Təlim məktəbi” layihəsinin yekunları ilə
bağlı təqdimat edib. Mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif peşələrə
yiyələnməsi və işlə təmin olunması məqsədilə keçirdiyi təlimlərin iştirakçılarına sertifikatlar
təqdim edib. Qeyd edək ki, “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşan “Təlim məktəbi”
layihəsi 4 ay davam edib. Təlimdə ümumilikdə 45 nəfər iştirak edib və onlar təcrübəli
mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası və motorçu ixtisaslarına yiyələniblər. Layihə
eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da kömək edib. Belə ki, artıq iştirakçəların
bir neçəsi işlə təmin olunub.
“Nar” 4 ilə yaxındır ki, eşitmə və nitq məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi
məqsədilə təlimlər təşkil edir. Bu cür təlimlər keçirməkdə məqsədimiz onlara həyatlarını maddi
və mənəvi cəhətdən təmin etməsinə dəstək olmaqdır. “Nar” olaraq müxtəlif sosial layihələr
reallaşdırmaqla cəmiyyətimizə töhfə veririk. “Nar” olaraq insanların sosial həyatında yararlı şirkət
olduğumuza görə qürur duyuruq”, - deyə “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri
Əziz Axundov bildirib.
“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, bu layihədə iştirak edənlər iş
bacarıqlarını artırmaqla cəmiyyətimizə fayda verdiklərini hiss edəcəklər: “Karlara Dəstək” İctimai
Birliyinin yaranmasında əsas məqsəd eşitmə və nitq məhdudiyyətli insanların sosial rifahını
yaxşılaşdırmaqdır. “Nar”-ın dəstəyilə həyata keçirilən “Təlim məktəbi” layihəsi eşitmə
məhdudiyyətli vətəndaşların istədikləri peşəyə yiyələnmələri və həmin ixtisas üzrə işlə təmin
olunmasına böyük təkandır. Bu layihəni ərsəyə gətirən “Nar”-a təşəkkür edirəm”.
Fiziki məhdudiyyətli insanlara qayğını, təhsil və maariflənmənin inkişafını, eyni zamanda vətənə
bağlılığı təşviq edən “Nar”, son illər ərzində həyata keçirdiyi sosial layihələrlə bağlı da təqdimat edib.
Qeyd edək ki, mobil operator korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində cəmiyyət
üçün bir çox əhmiyyətli layihələr reallaşdırıb. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı
nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş

ərazilər istisna olmaqla) əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar”ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə  sahibləridir


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI