PARADOKS

AKTUAL

“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

17-09-2019, 13:21
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 1038

Elm və təhsilin inkişafına xüsusi önəm verən “Nar” “Bilik günü” münasibətilə daha bir uğurlu sosial
layihəsini həyata keçirib. Bu dəfə mobil operator kənd məktəblilərini sevindirib. “Nar” Cəlilabadın
Təzəkənd kəndində yerləşən məktəbin 1-ci sinif şagirdlərini bütün lazımi məktəb ləvazimatları ilə
təmin edib. Bura məktəblilərin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli
karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. Bununla da mobil operator məktəbə yeni
qədəm qoyan uşaqlarda oxumağa həvəs yaratmağa çalışıb.  
“Nar”-ın gəlişi uşaqların da sevincinə səbəb olub və onların bayramına bayram qatıb. Şagirdlər
hadiyyələrə bigarə qalmayıblar. Onlar məktəbi uğurla başa vuracaqlarına, gələcəkdə ölkəmizə
layiqli vətəndaş və öz peşələrinin ən yaxşı mütəxəssisi olacaqlarına söz veriblər.
Qeyd edək ki, “Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə artıq 2-ci dəfədir ki, səfər
edib. Mobil operator bu il aprelin 23-də Beynəlxalq Kitab Günündə məktəbin kitabxanasına 500-dən
artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etmişdi.
“Azerfon”-un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, elm və təhsilin
təbliği “Nar”-ın sosial layihələrinin vacib istiqamətlərindən biridir: “Bir neçə ay bundan öncə biz bu
məktəbə kitablar hədiyyə edəndə uşaqların gözlərində yaranan sevinc işığ, oxuma həvəsi bizi bir
daha bura gətirdi. Məqsədimiz odur ki, məktəbə yeni qədəm qoyan şagirdlər “Nar”-ın diqqətini hiss
etsinlər. İnanırıq ki, bizim dəstəyimiz şagirdlərin təhsilə marağını daha da artıracaq və onlar
gələcəkdə yüksək bilik əldə etməklə cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”.
Məktəbin direktoru Valeh Niftiyev bu hədiyyələrin şagirdlərin daha yaxşı oxumasına stimul
verəcəyini bildirib: “Bizim məktəblilər arasında bu vəsaiti almaqda çətinlik çəkən ailələr vardı. Bu
onlar üçün xüsusilə böyük hədiyyə oldu. Bundan əvvəl “Nar”-ın bizim kitabxanaya tədim etdiyi
kitablar şagirdlərin mütaliəyə marağını daha da artırdı. Təqdim edilən hədiyyələri bizə verilən yüksək
dəyər kimi qiymətləndiririk və “Nar” a təşəkkür edirik”.
Qeyd edək ki, “Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə
halına çevirib. Mobil operator uşaqlada kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və
təhsilin önəmini aşılamaq məqsədilə uğurlu layihələr icra edib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş

ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
 “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
 “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
 “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi
 “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI