PARADOKS

AKTUAL

“Nar”-ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar

6-09-2019, 01:30
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 91

“Nar”-ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar
“Nar”-ın dəstək olduğu Azərbaycanın gənc boksçuları Türkiyənin Sakarya şəhərində keçirilən
peşəkar boks döyüşlərində inamlı qələbə qazanıblar. “Baku Fight Lab” boks klubunun
yetirmələri olan Rauf Ağayev və Nicat Həsənov Gürcüstan boksçularına qalib gəliblər.
Peşəkar boksda 69 kq çəki dərəcəsində ilk dəfə rinqə çıxan Nicat Həsənov Zaza Amiridze
üzərində qələbə qazanaraq debüt görüşünü qələbə ilə bitirib. 52 kq çəki dərəcəsində çıxış
edən Rauf Ağayev isə rəqibi Mişiko Şubitidzeni artıq 3-cü raundda nokauta salaraq rəqibindən
tam üstünlüyünü nümayiş etdirib.
“Baku Fight Lab” bir neçə ay öncə yenidən fəaliyyətə başlamış Azərbaycan Peşəkar Boks
Federasiyasına daxildir. Federasiya promouter şirkətlərə boksçular arasında beynəlxalq
səviyyəli peşəkar döyüşlər keçirməyə imkan verir.
Qeyd edək ki, “Nar”, “Baku Fight Lab” (keçmiş “Rabitə”) boks klubunun rəsmi tərəfdaşıdır. Mobil
operatorun dəstəyilə boks klubu valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən
olan uşaqlar üçün peşəkar təlimlər keçir. Gənc boksçuların texniki təchizatı “Nar” tərəfindən
təmin edilir, təlimlər isə klubun Dünya və Avropa çempionu olmuş peşəkarlar tərəfindən
keçirilir. Təlimlərin məqsədi ölkə gənclərinin zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin
layiqli üzvü kimi yetişməsinə töhfə verməkdir.

Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI