PARADOKS

AKTUAL

“Nar+” ilə hesabınızı daha asan idarə edin!

24-08-2019, 13:58
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 151

Abunəçilərin istifadəçi təcrübəsini davamlı olaraq təkmilləşdirməyi özünə hədaf qoyan
“Nar”, yeni mobil tətbiqini istifadəçilərin ixtiyarına verib (mətbuat nümayəndələrinin
iştirakı ilə keçirilən tədbirdə təqdim edib). “Nar+” tətbiqi hesabı daha asan idarə etmək,
nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar
olmaq imkanı verir.
Yeni tətbiq vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında
məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet
paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq kredit
və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə
xidməti aktivləşdirməyə imkan verir.
“Müştəriyönümlü strategiyamızın növbəti mərhələsi olaraq “Nar+” mobil tətbiqini
abunəçilərimizə təqdim etməkdən böyük məmnunluq duyuruq. Müştərilərimizə
rəqəmsal formatda və real rejimdə şəxsi hesablarına nəzarət etmək imkanı verəcək bu
tətbiq istifadəçi təcrübəsini növbəti mərhələyə daşıyacaq, onların gündəlik həyatlarına
rahatlıq və çeviklik gətirəcək. Nar olaraq təqdim etdiyimiz telekommunikasiya
xidmətlərini hər zaman müştərilərimizin ehtiyaclarını nəzərə alaraq formalaşdırırıq.
Məqsədimiz müştərilərimizin etibarlı tərəfdaşı olmaqdır.”, - deyə “Nar”-ın kommersiya
üzrə direktoru Qəhrəman Kazımov bildirib.
“Nar+” tətbiqi sərfiyyat haqqında izahlı qaiməni dərhal və şəffaf şəkildə əldə etməyə
də imkan verir. Belə ki, “istifadə tarixçəsi” bölməsində detallı şəkildə hər bir xidmətə
görə sərfiyyat və uyğun olaraq çıxılan məbləğ qeyd edilir. Bu və digər funksional
bölmələr lazımi bütün informasiyanı verməklə, müştəri xidmətlərinə zəng etmək
ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət etmiş olur. Hər hansı bir
sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək təqdim olunur.
Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5
%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7900-dən artıq baza stansiyası ilə 2,3
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.“Nar+” ilə hesabınızı daha asan idarə edin!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI