PARADOKS

AKTUAL

“Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu

6-07-2019, 02:54
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 237

Gənclərin intelletual inkişafına xüsusi diqqət ayıran “Nar” mobil operatoronun dəstəyilə baş
tutan “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümü başa çatıb. Final
mərhələsində “Lerik” və “Gəncə” komandaları da yarışsa da, qalib adı uğrunda mübarizədə
“Kapital Bank” və “Nar” komandaları qarşılaşıblar. Yüksək xal fərqi ilə qalib gələn “Nar”
komandası “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün çempionu adına
layiq görülüb. Qeyd edək ki, “Azerfon” şirkətinin Baş İcraçı Direktoru Gunnar Pahnke qalib
komandanı qəbul edərək onları təbrik edib və bundan sonrakı fəaliyyətlərində uğurlar
diləyib.
Yarışma dövrü boyu komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər
həftəsonu “Nar”-ın “Facebook” səhifəsində xüsusi müsabiqə keçirilib. İyun ayında “Breyn Rinq”-
in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilərin adları
isə artıq məlumdur: Mehralı Üzeyir, Şirinzadə Vüqar, Mahmudov Ramin, Həsənov Emin və
Ağazadə Anar.
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının
cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası
çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də
bunlardan biridir. Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından və
https://nar.az/ saytından əldə etmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə
2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu
 “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI