PARADOKS

AKTUAL

“Nar” gənc şahmatçılara dəstək olur

4-07-2019, 20:46
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 141

“Nar” gənc şahmatçılara dəstək olur

Uşaqların məntiqi təfəkkürünün inkişafına töhfə vermək məqsədilə, “Nar”, 2-10 iyul
tarixlərində Bakıda baş tutan Şahmat üzrə Bakı yay festivalı çərçivəsində keçiriləcək uşaq
turnirinə dəstək olur. Qeyd edək ki, uşaq turnirinə 74 şahmatçı qeydiyyata alınıb. 7 tur
isveçrə sistemi üzrə yarışın nəticələrinə görə qaliblər həm pul mükafatı, həm də “Nar”-dan
xüsusi mükafatlar qazanacaqlar.
Festivalda şahmatçılar 5 müxtəlif turnirdə mübarizə aparacaqlar. "Bakı yay festivalı"
çərçivəsində Azərbaycanda ilk dəfə Beynəlxalq qrossmeyster və beynəlxalq usta normalı
paralel yarışlar da keçiriləcək. Yarışda 14 Azərbaycan və Gürcüstan, Iran, Türkiyə, Rusiya,
İraq ve Belarusiyadan da daxil olmaqla, 10 xarici şahmatçı iştirak edəcək. Start siyahıda 6
qrossmeyster, 4 Beynəlxalq usta və 9 FİDE ustası yer alıb.
“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun
olaraq, müxtəlif sosial layihələr həyata keçirir. “Nar”-ın KSM strategiyası haqqında daha
ətraflı www.nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan
çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI