PARADOKS

AKTUAL

“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

26-06-2019, 02:34
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 112

 “Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”-ın 4G istifadəçilərinin sayı
sürətlə artmaqdadır. Son 1 il ərzində “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə
artaraq 700 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə arazisində
yeni baza stansiyalarının quraşdırılması, “Nar”-ın təqdim etdiyi paketlər və tariflər, eləcədə 4G
smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, son 1 il ərzində “Nar”-ın smartfon
istifadəçilərinin sayı 23% artıb.
“Nar” yüksəkkeyfiyyətli 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon
mərkəzlərində də təqdim etməkdədir. “Nar” 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i
isə regionların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G internetindən istifadə
edənlərin sayı Bakıda 91%, regionlarda isə 120% artıb. Ümumilikdə, “Nar” abunəçilərinin
25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Hazırda “Nar” istifadəçilərinin sayı 2,3
milyonu ötüb.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim
edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə
ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza
stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI