PARADOKS

AKTUAL

“Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olacaq”

19-06-2019, 21:19
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 152

Gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasını davam etdirən “Nar”,
“Ümid” İdman Klubuna dəstək olacaq. Mobil operator klub üzvlərinin Paralimpiya Oyunlarına lisenziya
qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verəcək. Bundan başqa,
“Nar” idmançıların 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya
Oyunlarında iştirakına da dəstək olacaq. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı
və digər xərcləri “Nar” təmin edəcək.
Qeyd edək ki, 2008-ci ildə yaradılan “Ümid” İdman Klubu atletika, üzgüçülük, cüdo və uşaq şahmatı
idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya
çempionları və Olimpiya Oyunlarının finalçıları yetişib. Eyni zamanda, klub idmançıları 2012-ci ildən
paralimpiya atletika və üzgüçülük növlərində Avropa, Dünya Çempionatlarının və Paralimpiya
oyunlarının qızıl, gümüş, bürünc medallarını qazanıblar.
“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq gənclərə və idmana hər zaman
dəstək olur. Əsas məqsəd peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda
fiziki məhdudiyyətli idmançıların dünya miqayasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqdır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 “Nar” fiziki məhdudiyyətli idmançılara  dəstək olacaq”


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI