PARADOKS

AKTUAL

“Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizmli uşaqlara dəstək oldu

4-06-2019, 02:55
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 191

“Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizmli uşaqlara  dəstək oldu
“Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizmli uşaqlara  dəstək oldu
“Nar” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizmli uşaqlara  dəstək oldu

“Nar” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə autizm sindromlu uşaqlar üçün
ölkəmizdə ilk dəfə keçirilən Autizm Mədəniyyət Festivalına dəstək olub. Heydər Əliyev
Mərkəzində keçirilmiş festivalda autizim sindromlu uşaqlar incəsənətin müxtəlif sahələrində öz
istedadlarını nümayiş etdiriblər. Rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə
çıxışlar ilə zəngin olan festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də
bacarıqlarını göstəriblər. Festivalın təşkilatçıları "Birgə və Sağlam" İctimai Birliyi, “Uşaqların
Xoşbəxt Gələcəyi” İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllüləri olub. Layihə Heydər Əliyev
Fondu tərəfindən dəstəklənib.
Autizm sindromlu uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
əsəri köçürülmüş parçadan modelyer Afaq İsmayılovanın hazırladığı kolleksiyanı təqdim ediblər.
Festivalda Türkiyədən gələn və autizm sindromlu uşaqlardan ibarət olan İzmir Autizm Orkestri -
İZOT xor qrupu maraqlı proqramla cıxış edib. Qonaqların “Autizm nədir?” sualına cavab tapması
üçün qısametrajlı animasiya filmi də nümayiş olunub.
Tədbir autizm sindromlu uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait
yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaq məqsədi
daşıyır. Qeyd edək ki, “Nar” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqətdə saxlayır və
onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır.  Mobil operator
“autizm spektr pozuntuları” diaqnozlu uşaqlarla bağlı bir neçə layihə icra edib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə
2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI