PARADOKS

AKTUAL

Mastopatiya – xəstəlik deyil ”Pasiyentlər yalnız bir termin bilir – xərçəng”

30-05-2019, 22:16
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 79

Son illər dünyada, eləcə də Azərbaycanda süd vəzi
xəstəliklərindən əziyyət çəkənlərin sayı durmadan artır. Bu
problemlə üzləşən əksər qadınlara mastopatiya diaqnozu qoyulur
və ya süd vəzindəki şiş əməliyyat yolu ilə götürülür. Mastopatiya
nədir? Ümumiyyətlə, bu xəstəliyin yaranmasına və son dövrlər
sürətlə artmasına səbəb nədir? Bu haqda ATU-nun Tədris
Teraevtik Klinikasının həkimi, radioloq-mammoloq Günel
Qəmbərova ilə söhbət etmişik.
-Günel xanım, mastopatiya nədir və niyə belə geniş
yayılıb? Kista, bərkimə, düyün – bunların fərqi nədir?
-Mastopatiya - xəstəlik deyil, bu, süd vəzinin bədəndə gedən
hormonal prosesə verdiyi cavab reaksiyasıdır. 2017-ci il Avropa
Radioloqlar Cəmiyyəti radioloji olaraq mastopatiya diaqnozu
qoymagı qadagan edib. Əgər kista və sair şişlər hər aybaşı
tsiklindən sonra süd vəzində yaranırsa,növbəti aybaşıya
qədər onun ölçüləri dəyişir və ya çoxalırsa, bu proses
xəstəlik sayılmır. Ağrı və mastalgik ağrıları götürmək üçün
fitoterapiyaya əsaslanan müalicə aparılır.
-Lakin xanımlar törəmənin mövcudluğundan narahat olurlar.
Bunun təhlükəsiz olduğunu necə müəyyənləşdirmək olar?
 -Təbii, bu məsələdə haşiyəyə çixmaq vacibdir. Aşağıdakı kistalar
daha təhlükəlidir: Nəhəng kistlər və ya iltihablaşmış
kistlər, Daxilində hansısa naməlum konqlimerat olan kistalar və
ən əsası-kist daxili gizlənmış xərçəng. Bu hallarda  detallı
müayinələr və punktatın histoloji verifikasiyası- əməliyyat,
punksiya və s. ilə nəticələnə bilər. 

Vurğulamaq istədiyim məsələ, mastopatiya adı altında cəmlənən
Adenoz haqqındadır. Adenoz geniş sahəli olduqda daha çox
hormonal analizlər aparılır və həmin hormonlarda çıxan
dəyişikliyə əsasən müalicə aparılır. Ancaq lokal, yəni süd vəzinin
məhdud sahəsində olan  adenoz mammoloqlar və onkoloqlar

tərəfindən dəqiq araşdırılır. Çünki lokal adenoz sahələrində süd
vəzi xərçənginin yaranma ehtimalı 5-9 dəfə çoxdur. Ona görə də
USM və mammoqrafiyada lokal adenoz sahələri gördükdə,
mütləq onkoloji baxış vacibdir. əgər bu hal şübhəli görünsə,
əməliyyat aparılmalıdır.
-Süd vəzində hər hansı narahatlıq olan qadın kimə müraciət
etməlidir: ginekoloq, mammoloq, yoxsa onkoloqa?
-Süd vəzidə narahatlıq olan xanım, əlbəttə ki , ginekoloquna
müraciət edə bilər. Sonunda süd vəzi qinekoloji  bir orqandır.
Ancaq , şübhəli bir durum varsa,konkret süd vəzi üzrə
ixtisaslaşmış mammoloq və onkoloqlara qadınlar müraciət
etsinlər.
Xanımlarımıza məsləhətimiz odur ki, yalnız və yalnız öz
həkimlərinə qulaq assınlar, internetdə elmi əsası olmayan xəbər
məlumat portallarından qeyri-dəqiq və ya düzgün anlaşılmayan
xəbərlərə inanıb hərəkət etməsinlər, müayinəni gecikdirməsinlər.
6 aydan bir USM, ildə bir dəfə isə mammoloq və onkoloqların
baxışına getsinlər.
-Süd vəzində aşkarlanan şişin xoşxassəli və ya bədxassəli
olduğu necə müəyyənləşdirilir?
-Süd vəzilərdə şişi təyin etmək üçün təbii ki, ilk öncə həkimin
palpator və  vizual baxışı vacibdir. Bu zaman dəri rəngindən
tutmuş, krauze, payra, umblikasiya, kerning və s kimi sirf həkimə
bəlli olan simptomlar araşdırılır. Daha sonra radioloji müayinələr-
USM və Mammoqrafiya aparılır. Ancaq şiş ücün  son diaqnoz
histoloji verifikasiya ilə (əkilmə) qoyulur.
-Süd vəzində aşkarlanan şişin müalicəsi necə aparılır? Bu
zaman xüsusi pəhriz də saxlamaq tələb olunurmu?
- Bu, şişin citoloji, histoloji verifikasiyasından, dərəcəsindən,
ölçüsündən, qonşu və ətraf limfa düyününə olan münasibətindən,
xəstənin yaşından, anamnezindən, qonşu üzvlərə nisbəti və digər
hallardan asılıdr. Bütün bu və digər məqamlar sırf onkoloq
tərəfindən araşdırılır, pasiyentlər qeydiyyata salınır və müalicə
taktikası seçilir.

Pasiyentlərin yalnız bir termin bilir - Xərçəng! Ancaq həkimlər
üçün xərçəngin daşıdıgı “adlar” fərqlidir.
Yeri gəlmişkən, onu da deyim ki, süd vəzi xərçəngi diaqnozu
qoyulmuş bir qadın, qonşusunda və ya yaxınları arasında eyni
diaqnozlu xəstəyə yazılmış müalicənin onda da təkrarlanacağını
gözləməsin. Hər bir qadın fərdidir, hər süd vəzi və onda olan şiş
növü fəqrlidir. Xahiş edirik, yalnız öz həkimlərinizi dinləyin.
-Ümuiyyətlə, sağlam qadın neçə müddətdən bir süd vəzisini
müayinə etdirməlidir?
 -20 yaşdan yuxarı hər bir qadın hər ay güzgü qarşışında özü öz
süd vəzilərini müayinə etməlidir. Heç bir şikayət olmasa belə, 6
aydan bir USM, profilaktik məqsədlə isə 35 yaşdan yuxarı süd
vəzi xəstəlikləri üçün qızıl standart sayılan mammoqrafiya
müayinəsindən keçməlidir. Bu müayinələr profilaktik məqsədlə
aparılır. Əgər şübhəli bir durum varsa, diaqnostik izlənilmə tələb
olunursa, bu zaman 3 aydan bir USM, 3-6 aydan bir
mammoqrafiya aparılır. Əgər xanımın nəslində süd vəzi xərçəngi
xəstəsi olubsa, və ya USM müayinəsinin cavabı qeyri-dəqiqdirsə,
 Mastopatiya – xəstəlik deyil ”Pasiyentlər yalnız bir termin bilir – xərçəng”


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI