PARADOKS

AKTUAL

“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

28-05-2019, 01:53
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 133

Ölkənin ən gənc mobil operatoru olan “Nar”-ın da dəstəklədiyi “ADA Innovation Awards 2019”
mükafatının final mərhələsinin qalibləri müəyyən edilib. Belə ki, əsas məqsədi tələbələrə innovativ
ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaq olan
müsabiqədə 1-ci yeri “Who is around”, 2-ci yeri “SafeSound”, 3-cü yeri isə “Oracins” layihələrini irəli
sürən tələbələr qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilib. Eyni zamanda
2019-2020-ci tədris ilində “ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu qazanıblar.
“Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə gənc nəslin innovasiyalara açıq olduğundan və tətbiq
imkanlarını anladıqlarından əmin olmalıyıq. Buna görə də, “Nar” olaraq növbəti dəfə gənclər üçün böyük
əhəmiyyət kəsb edən bu tədbirin tərəfdaşlarından biri olmaqdan məmnuniyyət duyuruq. Gənclərin
intellektual inkişafına dəstək vermək bizim KSM strategiyamızın əsas istiqamətlərindən biridir və onların
innovativ ideyalarını hər zaman dəstəkləməyə hazırıq”, - deyə “ADA Innovation Awards 2019”
qaliblərinin seçilməsi üçün münsif qismində dəvət edilən “Nar”-ın İctimaiyyətlə Əlaqələr departamentinin
rəhbəri Əziz Axundov bildirib. O qeyd edib ki, təqdim edilən layihələri dəyərləndirərkən tələbələrin
gündəlik problemlərə innovativ yanaşmasını görmək çox sevindiricidir.
“Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında ADA
Universiteti Fondu ilə əməkdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif
edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi
tədbirlər də mövcuddur.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr  seçilib
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr  seçilib
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr  seçilib
Ölkənin ən gənc mobil operatoru olan “Nar”-ın da dəstəklədiyi “ADA Innovation Awards 2019”
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar”
ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq
seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər
istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI