PARADOKS

AKTUAL

“Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır

28-05-2019, 01:47
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 105


Mayın 29-da Arsenal-Çelsi arasında baş tutacaq final oyunu ilə əlaqədar “Nar”, yerli və əcnəbi
azarkeşlərin mobil şəbəkə üzərindən rabitə xidmətlərinə olan tələbatını qarşılamağa tam hazırdır.
Bununla əlaqədar olaraq, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və azarkeşlər üçün müxtəlif
növ tədbirlərin təşkil olunacağı ərazilərdə mobl rabitə şəbəkəsində təkmilləşdirmə işləri artıq
yekunlaşıb.
“Nar”, Bakı Olimpiya Stadionu və ətraf ərazilər, “FAN” zona və ”FAN Festival” ərazilərində mobil
şəbəkə tutumunu optimallaşdırıb. Xüsusilə, stadion ərazisində izləyicilər 286 Mbps sürətlə malik 4G
(LTE-A) texnologiyasının üstünlüklərindən faydalana biləcəklər. Paytaxtımıza gələcək qonaqların və
yerli azarkeşlərin mobil şəbəkəyə olan ehtiyaclarını nəzərə alaraq, fanatlar üçün təyin olunmuş
ərazilərdə 2 mobil baza stansiyası təyin olunub. Qeyd edək ki, respublika ərazisində mobil
şəbəkənin 24/7 təhlili “Nar” ”Əməliyyat Mərkəzi” və “Çağrı Mərkəzi” əməkdaşları tərəfindən daim
nəzarətdə saxlanılır.
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən gələn azarkeşlərin nömrəyə olan
tələbatını ödəmək məqsədilə, mobil operatorun satış komandası da gücləndirilmiş iş rejiminə keçib.
“Nar”-ın bütün satış mərkəzlərində, eyni zamanda H.Əliyev adına Beynəlxalq Hava Limanındakı
səyyar satış məntəqəsində də “Nar” nömrə almaq mümkün olacaq. Ölkəmizə gələn xarici turistlər
“Nar”-ın sərfəli “Xoş gəlmisiniz” tarifindən istifadə edə bilərlər.
 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır
“Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI