PARADOKS

AKTUAL

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

24-05-2019, 02:51
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 58

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar”-ın dəstəyilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən peşəkar boks
təlimləri davam edir. Artıq dördüncü ildir ki, keçirilən bu layihədə 200-dən çox tələbə iştirak edib.
Təlimlər Azərbaycanın aparıcı boks klubu “Baku Fight Lab”-in dünya və Avropa çempionları
tərəfindən keçirilir. Təlimlərdə iştirak edən gənc boksçuların və müəllimlərin peşəkar idman
ləvazimatları “Nar” tərəfindən təşkil edilir.
Yeni mərhələnin başlaması münasibətilə keçirilən tədbir zamanı “Baku Fight Lab” klubunun İcraçı
direktoru Fərhad Acalov “Nar”-a minnətdarlığını bildirib və gənclərin asudə vaxtının səmərəli
keçirilməsində layihənin əhəmiyyətini vurğulayıb. Daha öncə layihədə iştirak edən tələbələrin
qısa zaman ərzində respublika səviyyəsində fərqləndiyini qeyd edən F.Acalov təlimlərə yeni qatılan
gənclərə uğurlar arzulayıb.
“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq,
artıq dördüncü ildir ki, boks təlimlərini davam etdirir. Layihənin əsas məqsədi kimsəsiz və
aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtını səmərəli təşkil etmək və cəmiyyətə sağlam
ruhlu fərdlər qazandırmaqdır.
Qeyd edək ki, “Nar” mobil operatoru “Baku Fight Lab” klubunun rəsmi tərəfdaşıdır.
“Azerfon” MMC (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI