PARADOKS

AKTUAL

“Nar” “Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb

16-05-2019, 05:19
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 61

“Nar” “Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100%  cavablandırıb

“Nar” sosial media vasitəsilə yüksəkkeyfiyyətli, operativ və tam müştəri xidmətləri göstərməkdə
davam edir. Belə ki, mobil operator sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin hamısına
cavab verir. 2019-cu ilin birinci rübü ərzində sosial şəbəkələrdən daxil olan müraciətlərin 25 %-dən
çoxu 1 dəqiqə, 53%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılıb. Ümumilikdə, “Nar”-ın bütün
sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 8 dəqiqə ərzində cavab verilib. Mobil
operatorun üstün müştəri xidmətini nəzərə alan “Socialbakers” beynəlxalq tədqiqatı “Nar”-ın
“Facebook” səhifəsini “Socially Devoted” sertifikatına layiq görüb. Belə ki, təşkilatının 2019-cu ilin
birinci rübü ərzində apardığı monitorinqin nəticələrinə görə, “Nar” “Facebook” şəbəkəsinə daxil
olmuş müraciətləri 100% cavablandırıb.
Qeyd edək ki, “Nar” abunəçiləri “Facebook”, “Twitter” və “Instagram”, eyni zamanda elektron poçt və
onlayn-çat vasitəsilə öz suallarını ünvanlaya və qısa müddət ərzində mobil operatorun sosial media
komandası tərəfindən cavab ala bilərlər. Abunəçilərə sosial şəbəkələr üzərindən əsasən balans
haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, “Nar”-ın xidmətləri, tarifləri,
internet paketləri, nömrələr üzərində əməliyyat, gələn mesajlar, texniki problemlərin həlli, endirim
kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s. haqqında ətraflı məlumat əldə edə
bilərlər. Qeyd edək ki, “Nar” sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk
telekommunikasiya şirkətidir.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən
əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI