PARADOKS

AKTUAL

“Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib

7-05-2019, 00:40
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 79

 “Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib
 “Nar” dilerlərlə birgə ötən ilin nəticələrini müzakirə edib

Ölkənin ən gənc mobil operatoru “Nar”, satış şəbəkəsinin nümayəndələri ilə keçirdiyi görüşdə
2018-ci ilin nəticələrini açıqlayıb və ötən ilin müvəffəqiyyətli bir il olduğunu elan edib. Təqdim
etdiyi yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri və müştəriyönümlü fəaliyyəti ilə seçilən mobil
operatorun yeni abunəçilərinin sayı ötən il ərzində 22% artıb. Dilerlər sağlam və dayanıqlı iş
birliyinə əsaslanan fəaliyyət nəticəsində ümumi satışın 65%-ni həyata keçiriblər ki, bunun da 68%-i
Bakı, 32%-i isə regionların payına düşür.
“Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar”-ın əsas hədəfi şirkətin
müştəriyönümlü brend strategiyasını satış şəbəkəsinin fəaliyyətində də əks etdirməkdir: “Nar”
olaraq pərakəndə satış bazarında yeni bir inkişaf yolunun başlanğıcındayıq. Bizim kompakt, lakin çox
aktiv fəaliyyət göstərən rəsmi diler şəbəkəmiz var. 2019-cu ilin mühüm planlarından biri diler
şəbəkəmizi müasir tələblərə uyğun yeniləmək, təkmilləşdirmək və genişləndirməkdir. Bununla
da, məqsədimiz “Nar” dükanlarını ziyarət edən müştərilərimizə üstün müştəri xidməti göstərmək,
onların tələblərinə uyğun asan və rahat təkliflər irəli sürmək, bir sözlə, mükəmməl müştəri
təcrübəsini təmin etməkdir”.
“Nar” cari ildə satış şəbəkəsinin genişləndirilməsi məqsədilə, dükan sayını 90-a çatdırmağı, bütün
dükanlarda şirkətin brend strategiyasını əks etdirmək üçün yenilənmə işləri həyata keçirməyi, eyni
zamanda, effektiv fəaliyyət və müasir müştəri təcrübəsini təmin etmək üçün prosesləri müasir
standartlara uyğun olaraq təkmilləşdirməyi qarşısına hədəf qoyub.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər
istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI