PARADOKS

AKTUAL

Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək

23-04-2019, 16:38
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 285


Elm, təhsil və maariflənmənin inkişafına dəstək verən “Nar” 23 aprel - Ümumdünya Kitab Günü ilə
əlaqədar növbəti uğurlu layihəsini gerçəkləşdirdi. Mobil operator Cəlilabadın Təzəkənd kəndində
yerləşən məktəbə 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir
kompyuterlər hədiyyə etməklə kitabxananı yeniləyib. Təhsil nazirliyinin dəstəyi ilə keçirilən aksiyada
məktəbə təqdim edilən kitablar əsasən məktəblilər üçün klassik və müasir ədəbiyyatı əhatə edir.
Bura nağıllar, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər, dünya və Azərbaycan ədəbiyyatı
nümunələri və bu qəbildən olan digər kitablar daxildir. Qeyd edək ki, kitablar Azərbaycan, Rus və
İngilis dillərindədir. “Nar”-ın hədiyyə etdiyi kompyuterləri məktəblilər həm informatika dərslərində,
həm də elektron kitabxana kimi istifadə edə biləcəklər. “Nar”-ın bu aksiyası haqqında daha ətraflı
aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.youtube.com/watch?v=e6lktt9yxsY&feature=youtu.be

“Nar” Ümumdünya Kitab Günü ilə əlaqədar məktəbləri kitabla təmin etməyi artıq bir ənənə halına
çevirib. Ötən il mobil operator Bakıda yerləşən internat məktəblərindən birinə kitablar hədiyyə
etmişdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq
vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir. 
Qeyd edək ki, 23 aprelin hər il Ümumdünya Kitab Günü kimi qeyd edilməsi ilə bağlı qərar 1995-ci
ildə UNESCO tərəfindən qəbul edilib. Əlamətdar günün məhz 23 aprel tarixində qeyd edilməsinin
əsas məqsədi həmin gündə Servantes, Şekspir, Veqa, Nabiokov kimi məşhur yazarların doğum və
ölüm günlərinin olmasıdır.
Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması “Nar” KSM
strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator
maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və
intellektual yarışların sponsoru qismində çıxış edir. “Nar” KSM strategiyası haqqında ətraflı
məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI