PARADOKS

AKTUAL

“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb

23-04-2019, 01:03
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 243

“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb

Ölkənin ən gənc mobil operatoru “Nar” 26-28 aprel tarixlərində paytaxtımızda baş tutacaq
"Formula-1 Azərbaycan Qran-Prisi" yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin
telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb.
Belə ki, mobil operator sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri
göstərmək üçün ərazinin şəbəkə testlərini tamamlayıb və şəbəkənin keyfiyyət ölçülərini
müəyyənləşdirib. Yarış ərazisi və tədbir məkanlarında şəbəkə tutumu maksimum
optimallaşdırılıb, yüksəkkeyfiyyətli internetdən kəsintisiz istifadə imkanını təmin etmək üçün
225Mbps-dək sürət təqdim edən 4G (LTE-A) şəbəkə tutumu quraşdırılıb. Dənizkənarı bulvar
ərazisində yeddi mobil stansiya yaradılıb ki, bu stansiyaların yeri şəbəkə analizləri və Bakı
Şəhər Halqası Əməliyyat Şirkətinin sorğularına əsasən təyin edilib.
Yarışların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəyə nəzarət
edəcək, şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı
nar.az internet səhifəsindən öyrənmək olar.
Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri
xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi
kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilərlər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G
şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-
ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI