PARADOKS

AKTUAL

“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir

20-04-2019, 01:11
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 436

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”, təqdim etdiyi yüksəkkeyfiyyətli şəbəkə ,
sürətli və kəsintisiz internet xidmətləri, sərfəli təklifləri ilə sahibkarlara dəstək olmağa və onların
biznes tələblərini ödəməyə davam edir. Belə ki, “Nar”-ın korporativ müştərisinə çevrilən hər bir
biznes sahibi ödənişsiz olaraq portativ internet daşıyıcısı olan “Nar MiFi” cihazı əldə edə biləcək. Bu
cihaz abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman onlayn olmağa və interneti
ətrafdakılarla paylaşmağa imkan verir. Eləcə də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun
daşınmasını asanlaşdırır ki, bu da abunəçilərə bizneslərini daha çevik və mobil idarə etməyə kömək
edir.
Mobil operator korporativ müştərilərilə yeni imkanlar, təkliflər barədə məlumatları bölüşmək,
eləcə də əlaqələri gücləndirmək məqsədilə, növbəti dəfə 100-ə yaxın şirkətdən 250-yə qədər
korporativ müştərisini film nümayişində bir araya gətirib. Filmdən sonra iştirakçılar arasında lotoreya
keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.
Bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər
olub və yeni tariflər təqdim edilib. Tariflər hər bir müştərinin ehtiyacına uyğun tənzimlənir və fərdi
yanaşma sayəsində biznes sahiblərinə ən optimal təklif təqdim edilir. Bundan başqa, korporativ
müştərilər üçün yeni internet və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim
edilir. Qeyd edək ki, “Nar”-ın biznes sahibləri üçün təqdim etdiyi sərfəli təkliflər sayəsində
müştərilərinin sayı artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştəriləri sırasına daha
600 yeni şirkət qoşulub.
“Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron
poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Daha ətraflı buradan tanış ola bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI