PARADOKS

AKTUAL

“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

18-04-2019, 01:47
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 678


Ölkənin ən gənc mobil operatoru “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. 2018-ci ilin
müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600
mindən çox olub. Ümumilikdə, “Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin
istifadəçisidir. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza
stansiyalarının sürətlə quraşdırılması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib. Belə
ki, son 1 ildə “Nar”-ın smartfon istifadəçilərinin sayı 20% çoxalıb.
Qeyd edək ki, “Nar” 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də
təqdim etməkdədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bölgələrdə internet istifadəçilərinin
sayı 75% artıb. “Nar” 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i isə regionların payına düşür.
Mobil operatorun 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti
nəticəsində, internet trafikinin həcmi son 1 ildə 70%-ə qədər yüksəlib.
4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha
çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq
dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər “Nar” 4G istifadəçilərinin sayının
artmasına təsir edib.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 “Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI