PARADOKS

AKTUAL

“Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan!

10-04-2019, 22:36
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 672


Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın baş sponsorluq etdiyi
“Breyn Rinq” intellektual bilik yarışlarının on üçüncü mövsümü davam edir. Hər il olduğu kimi, bu
mövsüm də televiziya tamaşaçıları üçün xüsusi müsabiqə keçirilir. Beləki, yarışın yayımı zamanı
“Nar”-ın “Facebook” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr
qazanırlar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, “Nar”-dan hədiyyə
qazanmaq şansı da əldə edirlər.
Mart ayının qalibləri olan “Facebook” istifadəçilərinin adları artıq məlumdur: Elşən Kazımov,
Ceyhun Məhərrəmov və Əli Məmmədov.
Qeyd edək ki, “Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil
edən 34 komanda iştirak edir. Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada
yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda “Nar” kubokunun
sahibi olacaq.
Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları
dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy
göstərir.
Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından əldə etmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI