PARADOKS

AKTUAL

“Nar” paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi

3-04-2019, 03:27
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 716


“Nar” bütün ölkə ərazisində yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək
məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti mağazasını paytaxtın
Binə qəsəbəsində təqdim edib. Yeni konseptə uyğun ekspress tipli mağaza Xəzər rayonu, Binə
qəsəbəsi, Əli İsazadə 9 ünvanında yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilən
dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəri yönümlülük
dəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata
keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı da daxil olmaqla, diler əməkdaşları
tərəfindən bütün növ abunəçi xidməti göstərir.
Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, aprelin 15-nə kimi mağazadan nömrə alan müştərilərə
“Nar” tərəfindən müxtəlif hədiyyələr və ikinci nömrə veriləcək.
“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən
öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə
ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.
“Nar” paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi
“Nar” paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI