PARADOKS

AKTUAL

“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

20-03-2019, 00:55
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 590


“Nar” Novruz Bayramı ilə əlaqədar xüsusi kampaniyaya start verib. “Novruz Payı” adı ilə keçirilən
kampaniyada mobil operatorun istifadəçiləri heç bir ödəniş etmədən əzizinə 100 şəbəkədaxili
danışıq dəqiqəsi və ya 100 ölkədaxili SMS hədiyyə göndərə bilər. Kampaniya ərzində 1 nömrə
sonsuz sayda hədiyyə qəbul edə bilər. Lakin 1 nömrə ancaq 1 dəfə hədiyyə göndərə bilər. Verilən
bonuslar istifadəçi hədiyyəni aldığı günün sonuna qədər aktiv olacaq. Qeyd edək ki, kampaniya
martın 19-da başlayır, martın 21-də isə başa çatacaq.
100 dəqiqə hədiyyə göndərmək üçün dostunun nömrəsini 780-ə göndərmək və ya
*780#nömrə#YES yığmaq yetərlidir. 100 SMS hədiyyə göndərmək üçün isə istənilən “Nar”
abunəçisinin nömrəsini 760-a göndərmək və ya *760#nömrə#YES yığmaq lazımdır.
“Nar”-ın “Novruz payı” kampaniyası haqqında daha ərtaflı məlumatı nar.az internet səhifəsindən əldə
etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə
ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI