PARADOKS

AKTUAL

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

18-03-2019, 20:47
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 461

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur"

“Nar” Novruz bayramı ilə əlaqədar xaricə səyahət edəcək abunəçiləri üçün sərfəli rominq
paketləri təqdim etməkdədir. Mobil operatorun istifadəçiləri “Nar” rominq ilə internet, “WhatsApp”
vasitəsilə pulsuz yazışma və səsli zəng əldə edirlər. Bütün abunəçilərini nəzərə olan “Nar” 4
müxtəlif rominq paketi təqdim edir. “Roaming 9” paketi 500 MB internet, “Roaming 15” paketi 500
MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet, “Roaming 28” paketi isə 1
GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. “Roaming 18” və “Roaming 28”
paketlərində “WhatsApp” vasitəsilə yazılı mesajlar pulsuzdur. “Roaming 9”, “Roaming 15”
paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə
15 gündür.
Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi rominq paketlərinin sərfəli olması, istifadəçilərin sayını
artırmaqdadır. Son 1 il ərzində “Nar”-ın rominq istifadəçilərinin sayı 174% artıb.
Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə “R”
göndərməklə əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI