PARADOKS

AKTUAL

3- cü BAKI VEGAN BOOM-U BAŞ TUTDU

7-03-2019, 01:06
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 59

3- cü BAKI VEGAN BOOM-U BAŞ TUTDU
3- cü BAKI VEGAN BOOM-U BAŞ TUTDU
Dünyanın bir çox ölkəsində trendə çevrilən VEGAN BOOM artıq 3- cü ildir ki, paytaxt Bakıda
da keçirilir. Sağlam həyat tərzi sürənlər bu dəfə Bulvar otelin “The Green Kitchen” restoranında
bir araya gəldi. 450 nəfərdən çox qonağın iştirakı isə VEGAN BOOM- a marağın getdikcə
artdığını göstərirdi. Sağlam həyat tərzi layihəsinin ideya müəllifi və baş təşkilatçısı Boomerang
Label şirkətinin direktoru Nigar Məmmədova deyir ki, tədbirə bu il maraq ötən ilkindən 2 dəfə
çoxdur:
“ Əvvəlki illərdə biz dünya trendi olan VEGAN BOOM-a daha çox gənclərdə maraq
görürdüksə, bu dəfə orta, hətta yaşlı nəslin nümayəndələri belə bura üz tutub. Bu isə onu göstərir
ki, sağlam qidalanma təkcə fərdlərin yox, ailələrin həyat tərzinə çevrilir. Bu yanaşma
tədbirimizin Ukraynadan dəvət olunmuş məşhur veqan aşpazı Konstantin Stolyarovu da
sevindirir və həvəsləndirir. Ona görə də O, Bakıya hər il fərqli veqan reseptləri ilə gəlir.”
Məşhur Ukraynalı aşpazın bu dəfə hazırladığı vegeterian yeməkləri arasında xüsusi reseptlər
də təqdim olundu. Konstantin Stolyarov qonaqlara əsl veqan pendirinin necə hazırlanması sirrini
açdı. Tədbir boyu aşpazı izləyən və pendiri necə hazırlamasını telefonları ilə çəkən iştirkakçıların
bundan sonra mağazadan pendir istehlak edəcəkləri inandırıcı deyil. Çünki, onlar artıq damaq
dadlarına uyğun pendirin hazırlanma qaydasını bilirlər.
Tədbirin maraqlı məqamlarından biri də, həyatımızın vazkeçilməz, dadlı təamı şiriniyyatların
hazırlanması idi. “Yumurtasız şirniyyat olar?” deyənlərə Konstantinin təqdim etdiyi nümunə isə
sözün həqiqi mənasında möcüzəli təam idi.
Master-klasslar bitdikdən sonra iştirakçılar açıq bufetdə təqdim olunann veqan mətbəxinin isti
və soyuq yeməklərini daddılar. Pomidor şorbası, mərci pətəsi və təvəzli aş ən bəyənilən təamlar
sırasında idi. Peşəkar veqan aşpaz Konstantin bütün yeməkləri ölkəmizdə istehsal edilən Zeytun
Bağları yağları ilə hazırlayır. Bakının Dübəndi kəndində istehsal edilən Zeytun Bağları yağları
artıq ölkə sərhədlərindən kənarda da tanınır və sevilir . Qatqızısız Zeytun bağları yağları sağlam
qidalanan insanların əvəzsiz seçimidir. Ukraynalı aşpaz da veqan mətbəxinin yeməklərini məhz
bu yağlarla hazırlayır. Deyir ki, yeməklərinin dadlı alınmasının sirri Azərbaycan təbiətinin
sovqatı olan Zetun bağları yağlarındadır:
“ Bəzən olur ki, biz mətbəxdə yemək hazırlayanda əlcəklərdən istifadə edirik. Bu üsulu bəziləri
əllərini qorumaq, yeməyin təmiz olması , kimisi də əllərinin tez –tez bulaşmaması üçün seçir.
Amma unuduruq ki, əlimizdən yeməyə ötürdüyümüz enerjinin onun dadlı alınmasında xüsusi
rolu var. O ki, qaldı əllərinin tez- tez bulaşmasından narahat olanlara, biz bu problemimizi
“Aura” kağız məhsullarından olan salfetləri ilə həll etdik. Siz də bizim kimi edə bilərsiniz.”
Tədbirdə o da vurğulandı ki, qlobal problemlər yaşanan dünyada sağlam həyat tərzi sürmək
insanı fiziki cəhətdən güclü etməklə bərabər həm də stresdən uzaqlaşdırır. VEGAN BOOM-

un qonaqları sonda aşpazla xatirə şəkli çəkdirdilər və təşkilatçılara belə qeyri-adi tədbirlərin
gələcəkdə daha sıx təşkil olunmasını arzuladıqlarını bildirdilər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI