PARADOKS

AKTUAL

“Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi

28-02-2019, 22:01
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 49


“Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi
“Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi
“Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi

“Nar” paytaxtla yanaşı, regionlarda yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da
yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti rəsmi
mağzasını Qəbələdə təqdim edib. Yeni konseptə uyğun mağaza Qəbələ rayonu, H.Əliyev küçəsində
yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş dükanda müştərilərə müxtəlif təkliflərlə
xidmət göstəriləcək. Özünün müştəriyönümlülük dəyərlərinə sadiq qalan “Nar”, mağazada
nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı,
telefonların satışı, eyni zamanda diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri
xidmətləri göstəriləcək.
Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, fevral ayının 28-i və martın 1-i mağazaya gələn hər bir
müştəriyə “Nar” nömrə hədiyyə veriləcək. Bundan başqa, telefon və aksesuar alanlara da “Nar”
nömrələr hədiyyə olunacaq.
Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə
yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi
olaraq Azərbaycanın bölgələrində yaşayan abunəçilərinə cəmi 1 qəpiyə danışmaq imkanı verən
“Yerlim” tarifini təqdim edib.
“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet
səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə
ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI