PARADOKS

AKTUAL

“Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

27-02-2019, 16:22
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 119


Ölkənin ən gənc mobil operatoru olan “Nar”, abunəçilərinin yüksəksürətli internetə olan gündəlik
tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir. Bu məqsədlə mobil operatorun
təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil
telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər. “Nar”-ın yüksəksürətli internetə çıxış
imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında
böyük maraqla qarşılanıb. Belə ki, son 1 ayın nəticələrinə əsasən, “Qutu” istifadəçilərinin sayı 50%,
“Nar Wi-Fi” istifadəçilərinin sayı 22%, “Nar MiFi” istifadəçilərinin sayı isə 40% artıb. Qeyd edək ki,
“Nar”-ın təqdim etdiyi hər 3 məhsul abunəçilərə innovativ xidmətlərdən yararlanaraq hər zaman
onlayn olmağa və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə etməyə imkan verir.
“Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar” təqdim etdiyi məhsul və
həllərlə abunəçilərin gündəlik həyatlarına rahatlıq gətirən telekommunikasiya şirkətinə çevrilib:
“Nar” olaraq bu istiqamətdə təqdim etdiyimiz məhsullar müasir dövrün tələblərinə, abunəçilərin
ehtiyac və istəklərinə uyğundur. Müştəriyönümlü brend strategiyamıza əsaslanaraq, “Nar” bundan
sonra da təqdim etdiyi məhsul və həllərlə müştərilərinin gündəlik həyatlarında etibarlı tərəfdaş
olmağı hədəfləyir.“
Qeyd edək ki, “Nar Wi-Fi” yeni mənzilə, ofisə və ya bağ evinə köçənlər, yaxud evində ənənəvi
internetə qoşula bilməyənlər üçün ən münasib məhsuldur. “Nar Wi-Fi” sayəsində 30-dan artıq cihaz
eyni anda istənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə (LTE / 4G) çıxış əldə edir.
Mobil operatorun təqdim etdiyi digər məhsul - “Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq,
hər zaman onlayn olur və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edir. “Nar MiFi” cihazını
istifadəçi istənilən yerə apara və interneti dostları və yaxınları ilə asanlıqla paylaşa bilər.
“Nar”-ın təqdim etdiyi “Qutu” isə Azərbaycanın rabitə bazarında ev üçün fiber-optik internet,
rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi ilə
“Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən
yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.










“Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI