PARADOKS

AKTUAL

Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər

13-02-2019, 03:09
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 92

 Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər
 Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər
Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”, korporativ müştəriləri üçün yeni və sərfəli
təkliflər təqdim edir. Artıq bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif
paketlərində dəyişikliklər olacaq və yeni tariflər təqdim ediləcək. Bundan başqa, korporativ
müştərilər üçün yeni internet və rominq paketləri istifadəyə veriləcək və beynəlxalq zənglər üçün
bonuslar təqdim ediləcək. “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri, həmçinin sərfəli
şərtlərlə smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilərlər. Qeyd edək ki,
internetdən daimi istifadə edən iş adamları “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə
edə bilər. Beləliklə, “Nar”-ın korporativ müştərisi olmaqla sahibkarlar öz biznes tələblərinə uyğun
olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana
bilərlər.
Hər bir abunəçisinə xüsusi diqqət göstərən “Nar”, yüksək nəticələr göstərən korporativ
müştəriləri üçün xüsusi hədiyyələr də təqdim edəcək. Qeyd edək ki, mobil operator korporativ
müştəriləri üçün hər zaman vaxt ayırır və onlarla mütəmadi görüşlər keçirir. Görüş zamanı
korporativ müştərilərə mobil operatorun yeni imkanları, təklifləri barədə məlumat verilir və
əlaqələr gücləndirililir. “Nar” növbəti dəfə 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ
müştərisinin iştirakı ilə “Cinema Plus” kinoteatrının “Nar” zalında yeni filmə tamaşa ediblər. Filmdən
sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr
verilib.
“Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron
poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə
ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI