PARADOKS

AKTUAL

“Nar” Zərdabda yeni rəsmi mağazasını təqdim etdi

30-01-2019, 16:25
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 88


“Nar” bölgələrdə yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da
yüksəltmək məqsədilə mağazalarının sayını artırmaqdadır. Mobil operator növbəti rəsmi və yeni
konseptə uyğun mağazasını Zərdab rayonunda təqdim edib. Müasir avadanlıqlarla təchiz edilmiş
mağaza Zərdab rayonu, Azərbaycan prospektində yerləşir. Özünün müştəri yönümlülük və davamlı
təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar”, yeni dükanda müxtəlif təkliflərlə müştərilərinə xidmət
göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi,
satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər
yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.
Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq yanvarın 29-u və 30-da hər bir müştəriyə “Nar” nömrə
hədiyyə ediləcək. Bundan başqa, telefon və aksesuar alan alıcılara da hədiyyələr veriləcək.
Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə
yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi
olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılmış və abunəçilərə yaşadıqları bölgələrdə
dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı vermiş “Yerlim” tariflər toplusunu təqdim edib. Bu tariflə
hər kəs yaşadığı bölgədə doğmaları, dostları, bir sözlə, bütün yerlilərinə dəqiqəsi cəmi 1 qəpiyə
zəng etmək fürsəti qazanıb.
“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet
səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə
ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.

“Nar” Zərdabda yeni rəsmi mağazasını təqdim etdi


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI