PARADOKS

AKTUAL

“Nar” Türkdilli Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu

29-01-2019, 00:41
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 224


“Nar” Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumuna
dəstək olub və telekommunikasiya tərəfdaşı kimi çıxış edib. Forumda Azərbaycanla yanaşı, Türkiyə,
Qazaxıstan, Özbəkistan və Qırğızıstandan PR mütəxəssisləri iştirak edib. Üç sessiyadan ibarət olan
forumda ictimaiyyətlə əlaqələrin müxtəlif sahələrinə və aktual məsələlərinə dair təqdimatlar
olub. Çıxış edən spikerlər hər bir dövlətin öz məhsulunu dünyanın müxtəlif ölkələrində tanıtması
ilə bağlı düzgün PR-ın aparmasından, PR-da strateji yanaşmalardan, Türkdilli ölkələrdə PR-ın
vəziyyətindən danışıblar. Eyni zamanda bildirilib ki, hər bir təşkilat və şirkətin uğurlu fəaliyyəti
üçün sistemli və davamlı PR fəaliyyətinin aparılması əhəmiyyətlidir.
“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, Türkdilli
Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu peşəkarların PR sahəsində yeni tendensiyaları
müzakirə etməsi baxımından əhəmiyyətlidir: “Forum Azərbaycan məhsullarının tükdilli ölkələrlə
yanaşı, dünyada tanıdılması baxımından vacibdir. Bu cür tədbirlər peşəkar mütəxəssisləri bir araya
toplamaqla, həm öz təcrübəmizi bölüşməyə, həm də gələcək addımları müzakirə etməyə kömək
edir”.
Qeyd edək ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında əməkdaşlığı
genişləndirmək, PR-da strateji yanaşmaları, mövcud problemləri, perspektivləri müzakirə etmək və
bu sahənin inkişafına dəstək olmaqdır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə
ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə
əsaslanıb.
 “Nar” Türkdilli Dövlətlərin PR mütəxəssislərinin  I Bakı Forumuna dəstək oldu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI