PARADOKS

AKTUAL

AĞSTAFADA “ŞƏHİDLİYİN ADİL ZİRVƏSİ” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

26-01-2019, 14:56
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 65



Bu gün Ağstafa rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Şəhidliyin Adil zirvəsi” layihəsi çərçivəsində çəkilmiş eyniadlı filmin təqdimat mərasimi keçirildi.


İlk öncə, tədbirin aparıcısı Yusif Qoca tədbiri açıq elan etdi və şəhid Adil Tatarovun, eləcə də, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhdilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək, layihənin aktuallığından və bu kimi layihələrin gənclərimiz arasında vətənpərvərlik ruhunun möhkəmləndirilməsi istiqamətində görülən işlərə öz töhfəsini verəcəyindən danışdı. Daha sonra “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi və filmin prodüsseri İsmayıl Süleymanov layihə və film barədə ətraflı məlumat verdi.

Bundan sonra film nümayiş etdirildi. Filmin nümayişindən sonra şəhid Adil Tatarovun atası Əli Tatarov çıxış edərək, layihə, eləcə də, film barədə öz təəssüratlarını bölüşdü. Ağstafa rayon müharibə veteranları adından “Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin” Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev isə çıxış edərək, bu kimi filmlərin daha çox çəkilməsinin vacibliyini vurğuladı. “Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin” Qazax rayon şöbəsinin əməkdaşı, Qarabağ qazisi Namiq Alıyev də çıxışında gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinin bu günün ən prioritet məsələ olduğunu qeyd etdi.

Ağstafa Regional Mədəniyyət şöbəsinin müdiri Vüqar Qədirov və Qıraq Kəsəmən kənd sakini, media nümayəndəsi Ələddin Qarayev də çıxışları zamanı film barədə öz müsbət fikilərini bildirdilər. Daha sonra bir neçə gənc film barədə öz təəssüratlarını bölüşdülər.

Qeyd edək ki, Adil Tatarov 2018-ci ilin may ayında Naxçıvan MR-nın Günnüt kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Filmin növbəti təqdimat mərasiminin 08 fevral 2019-cu il tarixdə Qazax şəhərində keçirilməsi nəzərdə tutulur.
AĞSTAFADA “ŞƏHİDLİYİN ADİL ZİRVƏSİ” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ
AĞSTAFADA “ŞƏHİDLİYİN ADİL ZİRVƏSİ” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ
AĞSTAFADA “ŞƏHİDLİYİN ADİL ZİRVƏSİ” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ
AĞSTAFADA “ŞƏHİDLİYİN ADİL ZİRVƏSİ” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ
AĞSTAFADA “ŞƏHİDLİYİN ADİL ZİRVƏSİ” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ
AĞSTAFADA “ŞƏHİDLİYİN ADİL ZİRVƏSİ” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI